Amerika Azərbaycan Cəmiyyəti Məryəm Bayraməlibəyova adına təqaüd proqramı üçün müraciətləri qəbul edir.
Uyğun namizədlər:
• Lənkəran şəhərində yaşayan və Azərbaycanda hər hansısa bir universitet və ya kollecdə hazırda təhsil alan qız tələbələr
• Təhsil haqqı borcu olan qız tələbələr
• Maddi çətinlik yaşayan qız tələbələr (işləməyən valideynlər, fiziki məhdudiyyəti olan valideynlər, ailədə xəstəlik halları və s.)
Müraciətlər e-poçt vasitəsilə göndərilməlidir:
telimkursu77@gmail.com
Müraciətə aşağıdakı məlumatları daxil edin:
• Hazırda oxuduğunuz universitetin adı
• İxtisasınız
• Kurs/təhsil ili
• Ödənilməmiş təhsil haqqı məbləği
Müraciət üçün son tarix 30 iyun 2026-cı ildir.